Legioner oyunçu: “Qalib gələ bilməyəcəyimiz komanda yoxdur”

09.12.2024

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Quba” basketbol komandasının legioneri Davonte Kraven klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, oyunçu komandanın çıxışını dəyərləndirib:

-“Quba” son turda “Ordu”ya qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı, qələbəni necə şərh edərdiniz?
-Qələbə qazanmalı olduğumuzu bilərək bu oyuna çıxmışdıq. Bundan əvvəlki turda da qalib gəlmişdik. Hamımız diqqətimizi “Ordu” ilə matça cəmləmişdik. Öz işimizi yaxşı səviyyədə gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq.

-Bu matçda Kameron Consla eyni xalı topladınız. Performansınızdan razı qaldınız?
-Bəli, Kameronla yaxşı oynadıq. Amma daha yaxşısını edə bilərdik. Ümumilikdə isə komandamızın yaxşı oynadığını düşünürəm. Gözləntilərim hər ikimizin verdiyi performansdan qat-qat yüksəkdir.

-Növbəti turda “Şəki” ilə qarşılaşacaqsınız. Bu matç haqqında nə düşünürsünüz?
-“Şəki” ilə matça fokuslanmışıq. Mənə elə gəlir ki, bu matçda qalib gələcəyik və seriyamızı davam etdirəcəyik. Təbii ki, asan olmayacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Azərbaycan Basketbol Liqasında qalib gələ bilməyəcəyimiz komanda yoxdur.

-Komanda ev oyunlarını Qubada keçirir. Orada oynamağı üstünlük hesab etmək olar?
-Azarkeşlərimiz sayəsində Qubada oynamaq böyük üstünlükdür. Onlar bizim arenamızı evimiz kimi hiss etdirirlər. Təbii ki, evdə oynamaq hər zaman yaxşıdır. Biz də qalib gələrək Qubada olan azarkeşlərimizi sevindirmək istəyirik.

Əsas xəbərlər, Ümumi idman “Quba” yoxlama oyunu keçirəcək

13 Noyabr 2024, 13:30

Əsas xəbərlər, Ümumi idman “Quba” “Lənkəran”la bacarmadı

2 Noyabr 2024, 20:35

Əsas xəbərlər, Ümumi idman Əsgərov: “İstənilən oyunda sona qədər mübarizə aparacağıq”

20 Oktyabr 2024, 11:29

Əsas xəbərlər, Ümumi idman Azərbaycan klubunda gürcü məşqçi

15 Oktyabr 2024, 13:52

Əsas xəbərlər, MEDİA, Ümumi idman “Basketbolla maraqlanan, bu sahəyə gəlmək istəyən uşaqlar çoxdur”

29 Sentyabr 2024, 20:24

Əsas xəbərlər, Ümumi idman Qubada “Ulduz cup” turnirinə start verildi

3 Sentyabr 2024, 9:51

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью