Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İmad Faraj “Neftçi”dən ayrılıb.
Futbolpress.az-ın məlumatına görə, vinger Tunisin “Esperans” klubu ilə anlaşıb. Tərəflər arasında yaxın zamanda 2+1 illik müqavilə imzalanacaq. Flaqman Farajın satışından 1 milyon avrodan çox gəlir əldə edəcək.
27 yaşlı futbolçu 2025-ci ildən “Neftçi”də çıxış edir. O, “ağ-qara” formada 31 oyunda 7 qol vurub.
Paytaxt klubunun qapıçı Kenan Piriçlə də vidalaşacağı gözlənilir.
Şahin Cəfərov
27 yaşlı futbolçu 2025-ci ildən “Neftçi”də çıxış edir. O, “ağ-qara” formada 31 oyunda 7 qol vurub.