futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistanlı futbolçu Cəsurbek Cəloliddinov “Sumqayıt”dan ayrılıb.
Futbolpress.az-ın məlumatına görə, 23 yaşlı cinah oyunçusunun müddəti başa çatan müqaviləsi uzadılmayıb. Cəsurbek ölkəsinə qayıdıb.
Ötən ilin oktyabrından “Sumqayıt”da çıxış edən Cəsurbek başa çatan mövsümdə Premyer Liqada 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Şahin Cəfərov