Legionerlər və rüsumlar

17.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqası klublarının legionerləri ilə bağlı araşdırmalarımız davam edir.

Ötən yazılarımızda “Qarabağ”, “Sabah”, “Neftçi” haqqında yazmışdıq. Bu dəfə isə “Zirə”yə diqqət yetirəcəyik.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivdə 11 əcnəbi oyunçu var. Komandanın yarımmüdafiə və hücum xətti legionerlərdən formalaşdırılıb.

Bu yay transferlərdə passiv davranan “qartallar” 5 xarici futbolçu transfer edib.

Misli Premyer Liqasında legioner limitinin ləğvindən sonra klubların əcnəbilər üçün ödəməli olduğu rüsum müəyyənləşdirilib.

Ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən ödəmələrlə bağlı qərar belədir:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

“Zirə” bu mövsüm legionerlərin sifarişi üçün 75 min rüsum ödəyib. Klubun transferlərdə limitli davranmasının bir səbəbi də büdcənin azalmasıyla bağlıdır.

Buna baxmayaraq, “qartallar” son illərdə stabil nəticələrlə diqqət çəkir. Sadıqovun “drujinası” bu mövsüm 5 turdan sonra 10 xal toplayıb və 4-cü sıradadır. “Zirə” lider “Sabah”dan 2 xal geri qalır.

Avrokuboklardakı uğursuzluqdan sonra diqqətini daxili çempionata verən Qəsəbə klubu transfer çalışmalarını tamamlamayıb. “Qartallar” ən azı bir oyunçu da gətirməyi düşünür. Yeni transferin müdafiə xəttində çıxış edəcəyi ehtimal edilir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью