futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasında altı tur geridə qalıb.
Futbolpress.az-ın məlumatına görə, legionerləri ən çox qol vuran komanda “Neftçi”dir. “Ağ-qaralar”ın əcnəbiləri 6 turda 17 dəfə fərqlənib.
Liqanın bombardiri Breno Almeyda bu statistikada əsas pay sahibidir. O, 7 qolla göstəriciyə töhfəsini verib.
İkinci sırada “Sabah” yer alıb. “Bayquşlar”ın legionerlərinin aktivində 12 qol var. 4 qolla bombardirlər sırasında yer alan Coy-Lens Mikels əsas fərqlənənlərdəndir.
“Üçlüy”ü “Qarabağ” tamamlayır. “Atlılar”ın əcnəbiləri 7 qola imza atıblar.
Liqada qol sayında fərq yaradan yerli oyunçu isə Ağadadaş Salyanskidir. “Araz-Naxçıvan”da forma geyinən hücumçu məhsuldarlığı ilə diqqət çəkir. Çempionatda 3 matçda 3 qolla fərqlənən forvard milli fasilədə də U-21-in heyətində iki qola imza atıb.
Premyer Liqada oktyabrın 9-da milli komandaların oyunlarına görə yaranan fasilə başa çatacaq. VII turun ilk matçı “Araz-Naxçıvan” ilə “Kəpəz” arasında olacaq.
Həmin gün mərkəzi oyun da baş tutacaq. 15 xalla turnir cədvəlinin zirvəsində yer alan “Neftçi” və “Sabah” “Palms Sports” arenada üz-üzə gələcək.
Şahin Cəfərov