Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 16 aprel 2025-ci il tarixdən etibarən başlayacaq.Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.“Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər”-məlumatda qeyd edilir.Əlavə məlumat almaq üçün ünvan və əlaqə nömrələri:Bakı şəhəri Babək prospekti 16Qaynar xətt: (+994) 941 Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.