“Ləhic bağları”nda faciə 31 yaşlı kişi öldü

10.06.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 8-i saat 20 radələrində Nardaran qəsəbəsi “Ləhic bağları” adlanan ərazidə tikinti gedən evdə usta işləyən Qazax rayon sakini 1994-cü il təvəllüdlü Təbriz Komunar oğlu Əhmədovu elektrik cərəyanı vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью