Ləhiş bağları işıqsız qalıb ŞİKAYƏT

18.07.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakının məşhur kəndlərindən biri elektrik enerjisindən əziyət çəkir. 

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, Bakının Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında (32-33-cü dalanlar) elektrik enerjisi tez-tez kəsilir.

Bundan başqa, verilən gərginlik də çox aşağıdır: "Yayda köçmüşük bağa, istirahət edək, təəssüf ki, dincələ bilmirik. Tez-tez işıqlar kəsilir. Olanda da gərginlik çox aşağıdır. Kondisioneri işlətməyə gücü çatmır. Dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik. Lakin şikayətimizə baxan yoxdur". 

Məsələ ilə bağlı "Azərişıq" ASC-yə müraciət etdik. Qurumdan bildirildi ki, elektrik enerjisinin kəsilməsinə səbəb xəttlərin normadan artıq yüklənməsi ilə bağlıdır: "Yüklənməyə görə tez-tez qəzalar olur. Qarşısını almağa çalışırıq". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью