Ləki qəsəbəsindəki musiqi məktəbi bağlanır? VİDEO

02.07.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Ağdaşın Ləki qəsəbəsində fəaliyyət göstərən musiqi məktəbinin bağlanacağı barədə yayılan məlumat sakinləri narahat edib.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, musiqi məktəbi təkcə Ləki qəsəbəsinə deyil, ətraf 12 kəndə də xidmət göstərir. Hazırda burada yüzdən artıq şagird təhsil alır.
Valideynlər bildirirlər ki, məktəb bağlanacağı təqdirdə uşaqların rayon mərkəzinə gedib-gəlməsi həm maddi baxımdan əlavə yük yaradacaq, həm də onların təhsil prosesində davamlı iştirakı baxımından ciddi çətinliklərə səbəb olacaq. 

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə müraciət etdik, lakin sorğumuza cavab verilmədi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью