Lekler qardaşları Formula 1də ilk imza atacaqlar İdman və Biz

05.12.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şarl və Artur Leklerlər Formula 1-də eyni komandada çıxış edəcək ilk qardaşlar olacaqlar.

İdman.biz xəbər verir ki, "Ferrari" komandasının mətbuat xidməti Abu Dabi Qran Prisinin ilk məşqində Karlos Saynsı qardaşlardan kiçiyi Artur Leklerin əvəz edəcəyi barədə məlumat yayıb.

Artur 2019-cu ildən "Ferrari"nin şərəfini qoruyan böyük qardaşı Şarla qoşulacaq.

Qeyd edək ki, Abu Dabi Qran Prisi mövsümün final mərhələsi olacaq və dekabrın 6-8-də keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью