Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Fransanın “BFMTV” telekanalı belə məlumat yayıb.
“Bu bazar ertəsi səhər saatlarından etibarən baş nazir funksiyalarını yerinə yetirmək və hökumətin sabah Milli Assambleyada (parlamentin aşağı palatası) çıxış etməsinə imkan vermək üçün lazım olan şərtlər artıq yerinə yetirilmir”, - siyasətçi deyib.
Lekornyu bir ay keçməmiş baş nazir postundan getdi Onun sözlərinə görə, birinci səbəb hökumətin qanun layihələrini, o cümlədən büdcə layihələrini və sosial təşəbbüsləri parlamentin səsverməsi olmadan qəbul etməsinə imkan verən Konstitusiyanın 49.3-cü maddəsinə istinad göstərməmək vədinə müxalifətin reaksiyasıdır.
- Bu addımın vacibliyinə baxmayaraq, müxalifət qüvvələri “sıçrayış”ı hiss etməyən kimi davranıblar”, - Lekornyu bildirib.
İkinci səbəb kimi o, parlamentdəki partiyaların davranışını göstərib. Siyasətçi partiyaların hər birinin yalnız öz platformasını tam dəstəkləməyə çalışaraq, mütləq çoxluğa sahib olduqları kimi hərəkət etməyə davam etdiklərinə diqqət çəkib.
Üçüncüsü, hökumətin ümumi çərçivədə tərkibi işlək deyildi və bəzən gələcək prezident seçkiləri ilə bağlı bəzi partiya ambisiyalarının oyanmasına səbəb olub ki, bu da əslində kifayət qədər qanunauyğun gedişdir.
Xatırladaq ki, sentyabrın 9-da bu vəzifəyə təyin edilmiş Fransanın baş naziri Sebastyan Lekornyu oktyabrın 6-da istefa verib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Bu bazar ertəsi səhər saatlarından etibarən baş nazir funksiyalarını yerinə yetirmək və hökumətin sabah Milli Assambleyada (parlamentin aşağı palatası) çıxış etməsinə imkan vermək üçün lazım olan şərtlər artıq yerinə yetirilmir”, - siyasətçi deyib.