Ləman Ələşrəfqızının oğurlanan pulları qaytarıldı

02.07.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Ötən gün kiberdələduzların qurbanı olan Əməkdar jurnalist Ləman Ələşrəfqızının oğurlanmış 600 manat məbləğində vəsaiti özünə qaytarılıb. 

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb:

"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью