Ləmanın durumu necədir?

01.12.2025

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova ilə bağlı yeni xəbər var. 

Axşam.az-ın məlumatına görə, şair Nazilə Səfərli onun son durumunu açıqlayıb. O bildirib ki, Ləman özünə gəlib:

"Ləmandan şad xəbər gəldi. Tərs gedən bir şey olmasa, hər şey yaxşı olacaq. Bu həftə ola bilsin Ləmanın səsini də eşidək. Dualarınızı əsirgəməyin. 25 yaşlı Ləman bizə Könüldən əmanət qaldı. Hər şey yaxşı olacaq. Allahdan sənə rəhmət diləyirəm, Könül. İnşallah, balan yaşayacaq. Sənsiz bizə çox çətindir. Yerin elə görünür ki...".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью