Lemina ilə razılıq əldə olundu Qalatasaray müqaviləni uzadır

21.07.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Qalatasaray" Mario Leminanın müqaviləsini uzatmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi qabonlu yarımmüdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Tərəflər daha əvvəl yeni sözləşmə ilə bağlı danışıqlarda ortaq məxrəcə gələ bilməsələr də, son görüşlərdən sonra razılıq əldə olunub.

Qeyd edək ki, 32 yaşlı Mario Lemina 2025-ci ilin fevralında "Qalatasaray"a qayıdıb.

O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO "Sabah" və "Fənərbaxça"nın matçları bu kanallarda: TV AFİŞA Frankovskidən "Qalatasaray" etirafı: "Həmin futbolçuları televizorda izləyirdim" “Beşiktaş”dan Trossard qərarı: UEFA siyahısına salınmadı "Qalatasaray"ın növbəti rəqibi: Fransa klubu İstanbula gəlir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью