Lemina yenidən A Seriyasına qayıda bilər

20.05.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Qalatasaray”ın təcrübəli yarımmüdafiəçisi Mario Lemina karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, 31 yaşlı qabonlu futbolçu ilə “Torino” maraqlanır.

Turin klubu yay transfer dönəmində Leminanı heyətinə qatmağı planlaşdırır və bu məqsədlə artıq “Qalatasaray”la ilkin əlaqə qurub.

Leminanın İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı ilin 30 iyun tarixinə qədər qüvvədədir.

Qeyd edək ki, o, karyerası ərzində “Loryan”, “Marsel”, “Yuventus”, “Sauthempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında forma geyinib.

"Liverpul"dan antirekord Günün oyunları bu kanallarda Xabi Alonsonun ilk transfer istəyi: Karreras "Real Madrid" yolunda "Mançester Yunayted" Delap üçün transfer yarışına qoşulub Salah Premyer Liqada 300-cü matçını keçirib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью