Leminadan Bupendza paylaşımı FOTO

16.04.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daha öncə xəbər verdiyimiz kimi, Aaron Bupendza dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Mario Lemina da onun vəfatı ilə bağlı paylaşım edib.

Qabonlu yarımmüdafiəçi sabiq komanda yoldaşı haqda bunları yazıb:

"Bu gün əsəbim çox böyükdür. Ümid edirəm ki, özlərini qardaş, dost və ya başqası adlandıran, sizə tövsiyələr verən insanlar ailənizdən üzr istəyəcəklər. Çünki bu gün hamımız özümüzü günahkar hiss etməliyik".

Xatırladaq ki, daha öncə 28 yaşlı futbolçunun intihar etdiyi ehtimal olunurdu. Lakin araşdırmalardan sonra futbolçunun qətlə yetirildiyinə dair şübhələr yaranıb. 

Qeyd edək ki, Bupendza və Lemina Qabon milli komandasında birlikdə çıxış ediblər.

"Barselona" cari ildə ilk dəfə məğlub olub "Arsenal" "Barselona"nın futbolçusu üçün 75 milyon ödəməyə hazırdır “Benfika” Türkiyə millisinin üzvü ilə maraqlanır Osimhenlə bağlı şok iddia "İnter" İnzaqi ilə anlaşıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью