Lempard bu kluba baş məşqçi təyin edildi

28.11.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

"Koventri Siti" klubu Frenk Lempardın baş məşqçi təyin olunduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsinin detalları haqda məlumat verilməyib.

Lempard əvvəllər "Derbi Kaunti", "Everton" və "Çelsi" klublarına rəhbərlik edib.

“Koventri” hazırda 17 oyundan 17 xalla İngiltərə çempionatının cədvəlində 17-ci yerdədir. Komanda növbəti oyununu noyabrın 30-da evdə "Kardiff Siti"yə qarşı keçirəcək.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью