Lempardın komandasından son 12 oyunda 11 qələbə 10 xal fərqlə liderlik

30.11.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Frank Lempardın rəhbərliyi altında “Koventri” Çempionşipdə liderdir.

Sportal.az xəbər verir ki, Uest-Midlends qraflığının klubu bu gün 18-ci turda “Çarlton”u 3:1 hesabı ilə məğlub edib. Bu, ardıcıl beşinci, son 12 matçda isə 11-ci qələbədir.

“Koventri” 43 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Ən yaxın izləyicisi olan “Midlsbro” isə 10 xal geri qalır.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью