Leninin adı qarşıdurma yaratdı Almaniyada küçə adlarına görə gərginlik

09.12.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Almaniyanın şərqində (keçmiş ADR-red.) hələ də Lenin və Vilhelm Pik kimi kommunist liderlərin adını daşıyan onlarla küçələr mövcuddur. Federal Diktatura Qurbanları üzrə Komissar bu adların rejimə qarşı mübarizə aparmış şəxslərin adları ilə əvəzlənməsini tələb etsə də, proses şəhər şuralarında müxtəlif səbəblərdən bloklanır.
Bakupost.az “Bild” qəzetinə istinadən xəbər verir ki, ən gərgin mübahisələr Yerihov rayonunda baş verib. Burada küçələrin adının dəyişdirilməsinə qarşı çıxan vətəndaşlar ifrat sağıcı “Alternativ Almaniya” (AfD) partiyasının dəstəyini qazanıblar. AfD rusiyapərəst mövqeyi ilə tanınan partiya kimi, bu dəyişiklikləri siyasi səbəblərlə tənqid edib, onu "tarixi xatirələrin silinməsi və mədəni identikliyin zəiflədilməsi" adlandırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью