Leninin nəşi Mavzoleydən çıxarıla bilər?

19.12.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Vladimir Leninin nəşinin Mavzoleydən çıxarılması ilə bağlı məsələ həddindən artıq həssas mövzudur”.

“Qafqazinfo” “News.ru” portalına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin böyük mətbuat konfransında jurnalist Kseniya Aksenovanın məsələ ilə bağlı sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, bu mövzu geniş mətbuat konfransı üçün deyil:

“Bu məsələ nə geniş mətbuat konfransı, nə də birbaşa xəttə uyğundur. Bunlar həddindən artıq həssas və kəskin məsələlərdir”.

Qeyd edək ki, Vladimir Leninin mumiyalanmış nəşi Moskvanın mərkəzində Qırmızı meydanda Mavzoleydə saxlanılır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью