Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Leninqrad vilayətinin Ust-Luqa limanında PUA hücumu nəticəsində yanğın baş verib. Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, hücumun dəf edilməsi zamanı ümumilikdə 54 pilotsuz uçuş aparatı vurulub. Ölən və yaralananların olmadığı bildirilir.
Hazırda regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı elan edilmiş rejim ləğv edilib. Pulkovo hava limanının fəaliyyətinə, eləcə də Kalininqrada uçuşlara tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
XQ