Lənkəran basketbol klubu Azərbaycan millisinin üzvünü heyətinə qatıb

15.09.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

"Lənkəran" komandası Azərbaycan millisinin daha bir basketbolçusunu heyətinə qatıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, U-18 yığmasının şərəfini qorumuş və hazırda U-20-nin üzvü olan Hüseyin Əsgərli transfer edilib. 194 santimetr boya malik hücumçu bundan əvvəl "Sərhədçi" və "Şəki" komandalarının formasını geyinib.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью