Lənkəran doğma divarlar arasında məğlub oldu

21.12.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının VIII turunda daha bir görüş keçirilib. Sport24.az xəbər verir ki, B qrupunda "Lənkəran" evdə "Quba" ilə qarşılaşıb.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 89:60 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün A qrupunda keçirilən "Sabah" - "Abeşron" qarşılaşması meydan sahiblərinin 94:71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun dünən baş tutan "Neftçi" - NTD görüşündə isə "ağ-qaralar" qələbə qazanıb - 81:68. Tura sabah B qrupunda keçiriləcək "Gəncə" - "Ordu" və "Sumqayıt" - "Şəki" matçları ilə yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью