Lənkəran Dövlət Dram Teatrı Lerik rayonunda “Nəfəsim Vətən” tamaşası ilə çıxış edib

05.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Lerik, 5 noyabr, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Nəfəsim Vətən” tamaşasını təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan səhnə əsərində Qarabağ müharibələrinin ağrılı nəticələri, doğma yurdlarından didərgin düşmüş insanların taleyi, illərlə davam edən torpaq həsrəti və tarixi Zəfərdən sonra doğma torpaqlara qayıdışın sevinci əks olunub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova, quruluşçu rəssamı isə Fuad Hüseynovdur.

Tamaşanı Lerik rayonunun şəhid ailələri və ictimaiyyət nümayəndələri izləyiblər.

Müxbir- İlkin Adıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью