Lənkəran Dövlət Dram Teatrında ustad dərsləri keçiriləcək

29.11.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri dekabrın 2-13-də Lənkəran Dövlət Dram Teatrında keçiriləcək.

Təlimlərə tanınmış rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov və teatrşünas Dağlar Yusif rəhbərlik edəcək.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar tədrisini inkişaf etdirmək, nəzəri və praktik təcrübə mübadiləsi vasitəsilə yaradıcı mühitin daha da gücləndirilməsini təmin etmək, eyni zamanda sənətkarlıq səviyyəsini yüksəltməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью