Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Subtropiklər diyarında havaların kəskin dəyişməsi, qışın buz nəfəsi aydın hiss olunur.
Sitrus və subtropik meyvə yığımı başa çatdığından bağlardan əl-ayaq yığışıb.
Fermerlər anbarlarda saxladıqları məhsulu bazarlara çıxararaq satışı ilə məşğul olurlar.
Təsərrüfat işlərinin yekunlaşdığı bir vaxtda Lənkəran rayonunun Sütəmurdov və Velədi kəndlərində bu yerlər üçün ənənəvi olmayan yeni bir meyvənin yığımına start verilib.
Söhbət dünya bazarlarında “Dekopon”, “Şiranui”, “Sumo mandarin” adları ilə tanınan, 2015-ci ildə Lənkərana cənubi Koreyadan gətirilmiş və orada “hallabonq” adlandırılan məhsuldan gedir.
Dünyada 10 ən qiymətli meyvədən biri sayılır. Tumsuzdur, ətirlidir, dadlıdır, lətlidir, insan orqanizmi üçün olduqca faydalıdır.
Müsahibim Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilk və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran təcrübə bazasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fərman Abdullayev hallabonq haqqında daha geniş məlumat verərək deyir: –Məlumdur ki, dünyada 11 coğrafi iqlim qurşağından 9-u ölkəmizdən keçir.
Hələ 1936-cı ildə Bakıda keçirilən subtropiklərin I konfransında məşhur akademik N. İ.