“Lənkəran” heyətini yeni legionerlə gücləndirib

02.02.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Lənkəran” basketbol klubu heyətinə yeni legioner cəlb edib. Komanda Kanada və Cənubi Sudan vətəndaşlığına malik Qatluak Ceys ilə müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, 196 sm boya malik 24 yaşlı basketbolçu ilə mövsümün sonuna qədər razılaşma əldə olunub. Bu transfer Qatluak Ceys üçün karyerasında ilk peşəkar təcrübə olacaq. O, indiyədək Kanadada müxtəlif universitet komandalarının heyətində çıxış edib.

Qeyd edək ki, “Lənkəran” klubu daha əvvəl Rahem Sallivanı heyətinə qatıb. Eyni zamanda Bilal Şabaz, Antoni Tseqekele və Ankit Çoudhari ilə yollar ayrılıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью