Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Oyunun əvvəlini uğursuz keçirdik, çox top itkiləri etdik. Sonradan bir qədər toparlanmağı bacardıq". Sport24.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Gəncə" ilə oyundan (90:76) sonra açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, daha sonra da top itkiləri onları geri salıb:
"Bu, məğlubiyyətimizin əsas səbəbi oldu. Yeni oyunçumuz Terri Kollins bizimlə cəmi bir məşq keçdi. Dərhal oyuna qoşulmaq çox çətindir. Ümid edirəm ki, o, növbəti oyunlarda bizə daha çox kömək edəcək".