Lənkəran Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi

21.08.2026

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran Rayon Mərkəzi Xəstəxananın direktoru işdən çıxarılıb.

Hurriyyet.Media  xəbər verir ki, direktor Nuridə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən azad olunub.

O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, N.Məmmədova 2025-ci ilin avqustunda Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. Onun işdən uzaqlaşması ilə bağlı ərizəsini təqdim etməsi yaşayış yerini dəyişməsi göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью