Lənkəran nın baş məşqçisi: Qələbə üçün əla şansımız var idi

01.03.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Komandamız bu matçda mübariz oyun sərgilədi və qələbə qazanmaq üçün çalışdı".

İdman.biz xəbər verir ki, bunu "Lənkəran" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç deyib.

O, Azərbaycan Basketbol Liqasının XV turunda "Şəki"yə 75:81 hesablı məğlubiyyəti şərh edib: "Bu gün 7 nəfərdə ibarət qısa heyətlə mübarizə apardıq. Qələbə qazanmaq üçün əla şansımız var idi. Amma təəssüf ki, bunu bacarmadıq. Oyunun sonlarında bir neçə 100 faizlik epizoddan yararlana bilmədik. Bu da azmış kimi əsas oyunçularımızdan olan Maykl Karter matçın sonlarında cərimə limitinə görə bizə kömək edə bilmədi. Məhz bu amillər yekunda mövcüd hesaba gətirib çıxardı".

Qeyd edək ki, "Lənkəran" mövsümdə 12-ci dəfə uduzub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью