Lənkəran qəbiristanlığı da su altında QALDI VİDEO

06.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Ötən gecədən başlayan güclü yağış Lənkəranda ciddi fəsadlara səbəb olub.
Bizim.Media xəbər verir ki, şəhərin mərkəzi küçələri və bir neçə kəndi su altında qalıb.
Eyni zamanda, şəhər qəbiristanlığı da su altında qalıb.
Hadisə yerlərində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq bölmələri çalışır.
Qeyd edək ki, güclü yağış səbəbindən Lənkəranın Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərini də su basıb. Həmin kəndlərdən 22 nəfər sakin təxliyyə olunub.

Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью