“Lənkəran” “Sumqayıt”a, “Sərhədçi” “Quba”ya qarşı

02.10.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının 2025/26 mövsümünün açılış turu davam edir.

İdman.biz xəbər verir ki, bu gün turun dördüncü oyun günündə iki qarşılaşma keçiriləcək. Saat 15:00-da “Lənkəran” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Günün ikinci görüşündə isə saat 19:00-da “Sərhədçi” ilə “Quba” komandaları Bakıda, İdman Sarayında üz-üzə gələcəklər.

Turun daha bir oyunu oktyabrın 4-də baş tutacaq. Həmin gün saat 19:00-da “Ordu” - “Naxçıvan” matçı keçiriləcək.

Qeyd edək ki, açılış turunda artıq üç oyun geridə qalıb. “Sabah” “Neftçi”yə 86:75, “Abşeron Lions” “Şəki”yə 91:80 hesabı ilə qalib gəlib, NTD isə “Gəncə”yə 85:90 hesabı ilə məğlub olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью