Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan olundu | Icma.az
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan olunub.
Bakupost.az xəbər verir ki, bu barədə qərar TDT Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Qeyd edək ki, TDT ölkələrinin liderləri növbəti sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Quruma sədrliyin Qazaxıstandan Qırğızıstana keçdiyi iclasın sonunda dövlət başçıları Bişkek Sammitinin Bəyannaməsini imzalayıblar.
TDT ölkələri həmçinin gələn il Macarıstanda təşkilatın qeyri-rəsmi sammitinin keçirilməsi barədə razılığa gəliblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu