Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan olundu

06.11.2024

Icma.az bildirir, News24 portalına istinadən.

Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan olunub.

News24.az xəbər verir ki, bu barədə qərar TDT Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.

Qeyd edək ki, TDT ölkələrinin liderləri növbəti sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.

Quruma sədrliyin Qazaxıstandan Qırğızıstana keçdiyi iclasın sonunda dövlət başçıları Bişkek Sammitinin Bəyannaməsini imzalayıblar.

TDT ölkələri həmçinin gələn il Macarıstanda təşkilatın qeyri-rəsmi sammitinin keçirilməsi barədə razılığa gəliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью