Lənkəran və Masallıda DƏHŞƏT Canavarlar kəndlərə hücum çəkdi

22.02.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Lənkəran və Masallıda canavarlar kəndlərə hücum çəkir.

Lent.az APA-ya istinadən xəbər verir ki, bir neçə gündür ki, canavarlar kənd əhalisində qorxuya səbəb olub.

Canavarlar əsasən Lənkəran rayonunun Zövlə və Masallı rayonunun Mollon, eləcə də Mahmudavar kəndlərində mal-qaraya, atlara hücum çəkib, bəzilərini parçalayıblar.

Sakinlər deyir ki, valideynlər artıq övladlarını məktəbə göndərməyə qorxur. Onlar məcbur qalıb əllərinə balta, yaba, dəryaz götürərək canavarları kəndlərdən uzaqlaşdırmağa çalışırlar.

Qeyd edək ki, canavarların heyvanlara hücum çəkib parçalaması nəticəsində, vətəndaşlara küllü miqdarda ziyan dəyib.

Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılmasında onlara köməklik göstərməsini xahiş edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью