Lənkərançayda brokonyerlik edənlər saxlanıldılar

23.04.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar. Onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью