Lənkəranda 07 24 yaşlı qızı vurdu

06.12.2024

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Xolmili kənd sakini idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən, piyada  Aşağı Nüvədi kənd sakini 24 yaşlı Böyükxanım Şaiq qızı Quliyevanı vurub.

Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər B.Quliyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью