Lənkəranda 11 otaqlı yaşayış evi yanıb

30.07.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Viyən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 49 yaşlı İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yanğın başlayıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью