Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət alıb

17.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran rayonunda 13 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Darquba kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü F.A. evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğrayarkən ehtiyatsızlıqdan boğaz nahiyəsinə xəsarət yetirib.
Yeniyetmə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyun nahiyəsinin açıq yarası diaqnozu qoyulub və zəruri ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью