Lənkəranda 21 nəfərin yaralandığı qəza ilə bağlı TƏBİB dən Açıqlama

28.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunur ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

***

14:45

Lənkəranda sərnişin avtobusu minik avtomobilinin üzərinə aşıb.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, qəza Lənkəran-Masallı-Boradigah avtomobil yolunun Lənkəran rayonu ərazisində baş verib.
İlkin məlumata görə, 20 nəfər xəsarət alıb.

Yaralıların sayının artacağı istisna edilmir.

Qəzaya uğrayan avtobus Lənkəran-Separadi kəndi arasında işləyən marşrut xətti üzrə hərəkət edirmiş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью