Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan Şahmat Turu” çərçivəsində “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla reallaşan turnirdə ölkəmizlə yanaşı Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.
Festivalın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-Prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak edib.
Turnir reytinqlərə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu 22.650 manat təşkil edir. Turnirin baş hakimi Şaiq Quliyevdi.