Lənkəranda 28 oteldən 6 nın ulduzu var

09.09.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az  xəbər verir ki, bunu Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov Azərbaycan Dövlət Turizm Agentliyinin Lənkəran şəhərinə təşkil olunmuş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

"Bu obyektlərdən 12-si ulduz kateqoriyasına düşür. Onlardan 6-sı artıq ulduz alıb və ilin sonunadək digər 6-sı da ulduz alacaq" - deyə o qeyd edib.

İdarə rəisi Lənkəran rayonunda turist informasiya məntəqəsi yaradıldığını diqqətə çatdırıb:
"Dövlət Turizm Agentliyi tərəfindən turistlərin Lənkəranda informasiya əlçatanlığını əldə etmək üçün turist informasiya məntəqəsi məntəqəsi yaradılıb. Bu məntəqə vasitəsilə həftənin bütün günləri və bayram günləri turistlər məlumat əldə edə bilirlər".

Mürtəza 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью