Lənkəranda 3 yaşlı uşağı tok vurdu

15.03.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lənkəranda həkimlər 3 yaşlı uşağı yenidən həyata qaytarıb.

"Unikal"ın məlumatına görə, Sabirabad rayon sakini 2022- ci il təvəllüdlü A.Səmədzadə elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub. İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.

Xəlil Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью