Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Lənkəranda dəm qazından zəhərlənmə baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Cil kəndində baş verib.
Kənd sakini 1977-ci il təvəllüdlü Vaqif Sədulla oğlu Nəhmətov hamam otağında dəm qazından zəhərlənib.
V.Nəhmətov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəyə zəruri ilkin tibbi xidmət göstərilib. Müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.