Lənkəranda 850 abonent işıqsız qaldı SƏBƏB FOTO

19.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb.
Bizim.Media xəbər verir ki, nəticədə, kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, 850 abonent işıqsız qalıb.
Əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağacın magistral yoldan götürülməsi və kəndin elektrik enerjisinin bərpası üçün işlər aparılır. (APA)


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью