Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəran şəhəri, Girdəni kəndində kol-kos yanması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.