Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəran, 2 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunun Boladi kəndi ərazisində, Yeni Ələt-Astara magistralının təqribən 152-ci kilometrliyində açıq sahədə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.