Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib

07.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran, 7 noyabr, AZƏRTAC

Lənkəran şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Tədbir çərçivəsində şəhərin müxtəlif ərazilərində ümumilikdə 2200 ağac tingi torpağa basdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev prospektində keçirilən aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı müxtəlif növ ağac tingləri əkilib, həmçinin şəhərin park və xiyabanlarında dekorativ ağac və gül kolları ilə yaşıllıq sahələri genişləndirilib.

Tədbirin əsas məqsədi Zəfər Gününün mənəvi əhəmiyyətini vurğulamaqla yanaşı, ətraf mühitin mühafizəsinə töhfə vermək, şəhərin yaşıllıq fondunu artırmaq və ekoloji tarazlığın qorunmasına diqqəti yönəltmək olub.

Müxbir- İlkin Adıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью