Lənkəranda ağır qəza:

17.09.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Dong Feng” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran- Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes Vito” markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, “Mercedes Vito”nun sürücüsü Lənkəran rayonunun Şıxakəran kənd sakini 1984-cü il təvəllüdlü Amid Əhməd oğlu Məmmədovdur və o hadisədən xəsarət almadan xilas olub. / APA/

“Dong Feng” markalı yük avtomobilinin sürücüsü isə İran İslam Respublikasının Astara şəhər sakini Aydın Riyazidir.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью