Lənkəranda ağır qəza 3 yaralı

29.03.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Astara rayon sakinləri - 2005-ci il təvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью